Search
Main page

Texnologiyalar və metodologiyalar


 ITIL/ITSM proseslərin yeridilməsi üzrə konsaltinq layihələrin keçirilməsi

Yerinə yetirilən işlərin məqsədi IТ-xidmətlərin təqdimatı və dəstəklənməsi çərçivəsində proseslərin qurulması prinsiplərinin və qarşılıqlı əlaqənin müştəriyə çatdırılması, mövcud proseslərin auditinin keçirilməsi, dünya standartlarının tələbləri və tövsiyələri çərçivəsində biznes-proseslərin avtomatlaşdırılması və yenidən təşkil olunması üzrə tövsiyələrin işlənib hazırlanmasıdır. Bundan əlavə, layihənin gedişatında  IТ-idarə olunma proseslərinin avtomatlaşdırılma sisteminin işlənib hazırlanması və həllin texniki dəstəyi yerinə yetirilir.

 

 ІТ-infrastrukturun monitorinq və inventarlaşdırılma sisteminin yeridilməsi.

Həllərin tətbiq edilmə sahəsi – aparat və proqram təminatı, şəbəkə infrastrukturudur.  Bunların istifadə edilməsi istifadəçilərin xidməti keyfiyyətinin artırılmasına, informasiya strukturunun dəstəklənməsinə edilən xərclərin azaldılmasına, idarə etməni biznes məqsədləri və tapşırıqları mövqeyindən təşkil etməyə imkan verir.   

 

 

Sertifikatlaşdırma və tədris

Softline şirkəti Ukraynada ilk olaraq IPMA 4-L-C(O) modelinə uyğun layihələrin idarə olunması sahəsində 3-cü yetkinlik səviyyəsinin uyğunluğunun qiymətləndirilməsindən keçmişdir. Bu səviyyə şirkətin layihələrinin daha effektiv reallaşdırılmasını təmin edir.

 

Şirkətdə Layihələrin İdarə edilmə Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin məsuliyyət sahəsi - layihələrin idarə olunması məsələləri ilə bağlı tədris, tövsiyələr və metodologiyalardır.

 

Menecerlər mütəmadi olaraq IPMA və PMI sertifikatlaşdırma proqramları üzrə sertifikatlaşdırırlar.

 

Hal-hazırda şirkətdə 35 PMP çalışırlar, onlardan bəziləri IPMA proqramı üzrə sertifikatlaşdırılıblar: 23 layihə meneceri – C səviyyəsinə, 11 – D səviyyəsinə, 1 - PMI proqramı üzrə.

 

 

Testləşdirmə mərkəzi

Testləşdirmə mərkəzi əməli olaraq proqram təminatının həyat dövrünün bütün mərhələlərində testləşdirmə üzrə bütün tapşırıqlar spektrini yerinə yetirir. Şirkət müxtəlif həcmli və mürəkkəb layihələrin testləşdirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Mütəxəssislərin peşəkarlığı müştərilərə proqram təminatının keyfiyyətinin yoxlanılması və testləşdirilməsi xidmətlərinin yüksək keyfiyyət səviyyəsində təqdim olunmasını təmin edir.

 

Keyfiyyət xidməti

Keyfiyyət xidməti təşkilatın istehsalat proseslərinə nəzarət edir proqram təminatı məhsullarının işlənib hazırlanması, xidmətlərin təqdim olunması. İşlənib hazırlanmış keyfiyyətin idarə edilməsi sistemi ISO 9001 (2000, 2003, 2008 годы), CMM 3 (2005-ci il), CMMI 4 (2007-ci il) standartları üzrə sertifikatlaşdırılmışdır.  Bu əməli olaraq şirkətin bütün fəaliyyət sahələrini əhatə edir və şirkətin etibarlılığını, idarə oluna bilməsini, yetkinliyini təmin edir. Şirkətdə müvəffəqiyyətlə tətbiq olunan istehsalat məlumat bazası yaradılmış və bu baza layihə göstəricilərinin toplanması və analiz edilməsinə, layihələrin yerinə yetirilməsi ilə bağlı ən yaxşı təcrübələrin istifadə edilməsinə imkan verir və bununla menecmentin şəffaflığına və effektivliyin artırılmasına, proqram təminatı məhsullarının və təklif edilən xidmətlərin yüksək keyfiyyətinə səbəb olur. Şirkət proqram təminatı məhsullarının işlənib hazırlanması, texnoloji proseslərin yaradılması və təkmilləşdirməsi sahəsində, həmçinin keyfiyyət menecmenti sistemlərinin qurulması sahəsində konsaltinq xidmətləri təklif edir.  

Keyfiyyət sahəsində siyasət şirkətin işinin effektivliyinin artırılması və Ukrayna və beynəlxalq bazarlarda şirkətin nüfuzunun möhkəmləndirilməsi məqsədilə məhsulların və xidmətlərin keyfiyyət menecmenti sisteminin  daimi və fasiləsiz təkmilləşdirilməsi.     

Müştərilərin dəstəklənməsi «Qaynar xətt» xidməti proqram təminatı məhsullarının son istifadəçilərinə xidmət edir, bu xidmət sistemlərin yeridilməsi və müşayiəti zamanı yaranan sualların operativ həlli üçün nəzərdə tutulub.   «Hotline» İnternet-sistemi müxtəlif dəstəkləmə növlərinin təqdim olunmasını avtomatlaşdırır – texniki, məlumat və sair. Müştərilərə İnternet vasitəsilə sorğuları yaratmağa, onlara fayl əlavə etməyə, elektron poçtla avtomatik bildirişləri qəbul etməyə imkan yaradılır. Beləliklə, müştəri öz iş vaxtını optimallaşdırır.

«Softline» şirkətinin müştərisinin heç bir sorğusu diqqətsiz qalmır




wv©.1995-2010.Softline.Company