Search
Main page / Məhsullar və xidmətlər / Sahələr üzrə

Telekommunikasiyalar


Şübhə yoxdur ki, telekommunikasiya sənayesi – bütün dünyada ən tez inkişaf edəndir. İT-texnologiyalardakı inqilabdan sonra kommunikasiyalar dünyası əsaslı olaraq dəyişdi. Sərt rəqabət şəraitində telekom-operatorları müxtəlif suallarla qarşılaşırlar: mövcud müştəriləri saxlayıb yeni müştəriləri necə cəlb etmək olar ? Müştərilərə ən yeni xidmətləri aşağı qiymətlərlə təklif edərək ARPU-nu necə artırmaq olar ? Hansı yolla xidmətin unikal və yüksək keyfiyyətli olmasına zəmanət vermək olar ? Şirkət daxilində biznes-proseslərin effektivliyini nə cür artırmaq olar ?

Telekommunikasiya sənayesi öz inkişafının pik səviyyəsinə çatıb. Məsələn bir ildən sonra hansı yeni məhsullar və texnologiyaların zahir olacağını təxmin etmək çox çətindir. Bu gün telekommunikasiya dünyası onilliklərlə klassik operatorların imtiyazı olmuş səs xidmətləri ilə kifayətlənmir. Bu gün çox saylı müasir xidmətlərində cəmlənmiş (CSP) telekommunikasiya xidmətlərinin provayderlərinin dövrü gəlib çatıb. Müştəri bazara təsir edən əsas qüvvə olaraq biznes-modelin mərkəzində yerləşib; bununla da, operator ən müasir xidmətləri rəqabətli qiymətə təqdim edərək müştərilərin müxtəlif sorğularını (tələblərini) cavablandırmağa çaışır.

Məhsullar və xidmətlər

Telekommunikasiyalar dünyası daima dəyişir. Yeni texnologiyaların, xidmətlərin, qarşılıqlı əlaqə prinsiplərinin yaradılması şirkətləri yeni şəraitə ərtlərə) uyğunlaşmağa məcbur edir. Biznes mühitin yeni tələblərinə reaksiya edərək dinamik olaraq dəyişmə qabiliyyəti həmçinin istismarın dəstəklənməsi sistemlərinin imkanlarından (OSS) asılıdır. Əlaqə operatorunun müxtəlif fəaliyyət aspektlərini əhatə edən mövcud OSS-lərin müxtəlifliyi imkanlar, uyğunluq və qiymət nöqteyi nəzərdən ən optimal şəkildə uyğun olan məhsulların seçimini çətinləşdirir.  Təklif olunmuş məhsullar dəsti NGOSS TeleManagement Forum standartlarına uyğun olaraq yaradılmış və birləşdirilmişdir (inteqrasiya olunmuşdur) və ən yaxşı halda əlaqə operatorların tələblərinə cavab verir

MSTS aşağıdakıların hesabına  CSP-yə rəqabətli üstünlükləri verir:

·         Yeni xidmətlərin çıxarılmasına sərf edilən vaxtın və qiymətin (xərclərin) azaldılması

·         Daxili biznes-proseslərin idarə etmə effektivliyinin artırılması  

·         Müştərilərə edilən qulluğun keyfiyyətinin artırılması

·         Aktual informasiyaya daimi daxil olma əsasında daha operativ qərarların qəbul edilməsi

·         İnfrastrukturun həyat dövrü ilə bağlı olan xərclərin və risklərin azaldılması

·         Sahib olmanın ümumi qiymətinin (TCO) minimuma qədər azaldılması  

Müştərilərimizin müvəffəqiyətləri

Softline aparıcı beynəlxalq və yerli (Ukrayna) şirkətləri ilə edilmiş əməkdaşlıq nəticəsində əldə olunmuş iri və mürəkkəb layihələrin reallaşdırılmasında gərəkli olan peşəkarlığa və təcrübəyə malikdir.

MSTS nədir?




wv©.1995-2010.Softline.Company