Şirkət daxilində informasiya kompüter texnologiyalarının fəaliyyətindəki problemlər ilə bağlı olan, İT-personalın axarlığı və ya səriştəsi ilə bağlı olan, gündəlik dəstəklənməsində ehtiyacı olan müasir kompüter texnologiyalarının geniş spektrinin mövcudluğu ilə bağlı olan “baş ağrısından” qurtulmaq istəyi, informasiya texnologiyalarına xərcləri azaltmaq və profil biznesə diqqətini cəmləşdirmək istəyi kənar peşəkar şirkətə İT-infrastrukturunun dəstəklənmə və müasirləşdirmə proseslərinin autsorsinqi üçün tam və ya qismən verilməsinə dair qərara gətirib çıxardırlar.
IT-autsorsinqi sifarişçi tərəfindən informasiya texnologiyaları ilə bağlı olan müxtəlif funksiyaları peşəkar İT-xidmətləri göstərən kənar şirkətə verilməsini və bu şirkət üçün informasiya texnologiyaları əsas biznesi olan nəzərdə tutur.
Bununla belə sifarişçinin personalının bu şirkətə keçirilməsi (İT autstaffing) və gələcəkdə sifarişçinin xidmətində işləmələri mümkündür.
Bu cür əməkdaşlığın təşkili zamanı təsdiq olunmuş xidmət səviyyəsinə (Service Level Agreement, SLA) uyğun olaraq müqavilədə qeyd olunan funksiyaların yerinə yetirilməsi təmin olunur.
“Softline” şirkətinin göstərdiyi İT-autsorsinq xidmətləri İT infrastrukturunun auditindən, İT strategiyanın və planlaşdırılmasının işlənib hazırlanmasında iştirakından, yeridilməsindən, texniki dəstəklənməsindən başlayaraq və cihaz-proqram vasitələrinin istismardan çıxarılması, müasirləşdirilmə və ya avadanlığın və proqram təminatının dəyişdirilməsi ilə bitirərək informasiya kompüter sistemlərinin bütün həyat dövrlərini əhatə edirlər. Mütəxəssislərimiz hər mərhələdə sifarişçiyə ekspertizanın və kompetensiyanın bütün spektrini təklif edərək sifarişçini inkişafın planlaşdırılması, quraşdırılma, avadanlığın köklənməsi və diaqnostikası, mürəkkəb cihaz-proqram komplekslərinin sistem idarə edilməsi, resursların istifadəsində effektivliyin qiymətləndirilməsi, şirkətin informasiya resurslarının qorunması, həllərin (qərarların) inventarizasiyası və sənədləşdirilməsi, xidmətlərin təchizatçıları və xidmət təşkilatları ilə qarşılıqlı əlaqə kimi spesifik məsələlərin həlli ilə bağlı problemlərdən uzaqlaşmağa kömək edirlər.
Sifarişçi üçün İT-autsorsinqin üstünlükləri nə(lər)dən ibarətdir ?
· Öz biznesi üzərində diqqətin cəmləşdirilməsi
· İnformasiya kompüter sistemlərinin işləmə keyfiyyətinin artırılması
· Əldə edilən hesablama resursların maksimal (tullantılardan) istifadə edilməsi, informasiya sistemlərinin optimallaşdırılmasına qənaət, sərmayələrin daha tez qayıtması
· İT xidmətlərin hazırlığının və əlverişliliyin artırılması, informasiya sistemlərinin təqdim etdikləri xidmətlərin əlçatmazlığına qarşı əsas biznes üçün mümkün risklərin azaldılması
· İnformasiya kompüter sistemlərinin sahibliyinin birgə qiymətinin azaldılması.
· Sifarişçinin əsas aktivlərindən biri – korporativ məlumatın emal edilməsinin etibarlılığın ciddi artırılması
İt-autsorsinq bazarında böyük təcrübəyə sahib olaraq, biz sifarişçilərimizə ITIL/ITSM metodologiyasına uyğun olaraq ən yüksək xidməti təklif edirik. “Softline” şirkəti sifarişçilərə edilən xidmətin keyfiyyətli olaraq təmin olunmasına xüsusi diqqət yetirir, ISO 9001 beynəlxalq standartına uyğun olması üçün sertifikatlaşdırılan keyfiyyət sistemini daima inkişaf edir və təkmilləşdirir.
“Softline” şirkəti sifarişçinin İT-infrastrukturuna və ya onun bəzi komponentlərinə dair İT-autsorsinqin kompleks xidmətlərini təklif edir (işlənib hazırlanma və dəstəklənmə):
· (UNIX/Linux/Windows) serverləri, diskli, lentşəkilli saxlanılma sistemləri
· Məlumatın saxlanılma şəbəkələri (SAN, NAS, həmçinin , imtinaya / qəzaya qarşı davamlı)
· Məlumatın ehtiyat kopiyalanması/arxivləşdirilməsi/bərpa edilməsi
· (Oracle, MS SQL) məlumat bazalarının idarə etmə sistemləri
· LAN, WAN şəbəkə texnologiyaları və avadanlıq (marşrutizatorlar-ruterlər , kommutatorlar, optimizatorlar və s.), IP telefoniya, bunun əsasında xidmətlər daxil edilərək (səsli və veb-konfranslar, videokonfranslar)
· Məlumatın qorunması üçün proqram təminatı və avadanlıq
· Microsoft , UNIX/Linux əməliyyat sistemləri və texnologiyalar
· Korporativ poçt sistemləri (Exchange, Lotus, Sendmail)
· İnternetə daxil olma və İnternet-xidmətləri
· Məlumatın qorunması və informasiya təhlükəsizliyinin idarə etmə sistemləri
· Antivirus müdafiəsi, spama qarşı qorunma həlləri
· Şəxsi kompüterlər, iş stansiyaları və periferiy avadanlığı (skanerlər, printerlər, çox funksiyalı cihazlar və s.)
· Korporativ informasiya sistemlərinin bir çox diqər komponentlər.
Biz İT-autsorsinq xidmətindən istifadə edən sifarişçilərə aid məlumat (-larla) ilə işləyəndə məxfiliyə riayət olunacağına zəmanət veririk.