Search
Main page / Məhsullar və xidmətlər / Fəaliyyət növləri üzrə

Konsaltinq


Şirkətin işində tez-tez elə vəziyyətlər yaranır ki ayrı biznes-prosesin düzgün qoyulmadığına görə, və ya şirkətin bölmələri / ayrı işçiləri arasında aydın olmayan qarşılıqlı əlaqə qaydalarına görə bütövlükdə biznesə ciddi zərər vurulur.

 

Biznes proseslərin optimallaşdırılması şirkətdə əməliyyat effektivliyinin yüksəldilməsinə yönəldilibdir. Bu cür optimallaşdırılmanın nəticələri bunlardır:

 

·         Əməkdaşların arasında qarşılıqlı əlaqə mexanizminin sazlanması

·         Əmək məhsuldarlığın artırılması

·         Tipik (bənzər) problemlərin həlli üçün sərf olunan vaxta qənaət edilməsi

·         Əməkdaşların tədrisinə sərf olunan xərclərin azaldılması

·         Standart olmayan məsələlərin həlli üçün vaxtın artırılması (azad edilməsi)

 

 

Biz Sizə biznes-proseslərin qurulması və optimallaşdırılması sahəsində öz biliklərimizi və təcrübəmizi təklif edirik. Softline şirkətinin biznes-məsləhətçiləri tərəfindən aparılan biznes-proseslərin analizi və yenidən qurulması (restrukturizasiya) layihəsi bir neçə mərhələlərdən ibarətdir:

·         Mövcud «as is» biznes-proseslərinin diaqnostikası və modelləşdirməsi

·         Effektiv olmayan və təkrarlanan biznes-proseslərinin müəyyənləşdirilməsi

·         Biznes-proseslərinin optimallaşdırılması üzrə tövsiyələrin işlənib hazırlanması  

·         «to be» biznes-proseslərinin modelləşdirməsi

·         Reqlamentlərin və vəzifəyə görə təlimatların hazırlanması və sənədləşdirilməsi.

·         Tövsiyələrin yeridilməsi üçün planın işlənib hazırlanması

·         Dəyişikliklərin yeridilməsində məsləhətçi müşayiəti




wv©.1995-2010.Softline.Company