Şirkət əməkdaşların inkişafında maraqlıdır : əməkdaşlar üçün yalnız xarici deyil, həmçinin kifayət qədər effektiv olan daxili tədris aparılır, hansı ki əməkdaşların bəzilərinə qazandıqları təcrübə ilə bölüşməyə, digərlərinə isə bu cür təcrübə bölüşməsindən faydalanmağa və bilikləri toplamağa imkan verir.
İstehsalat sahəsinin əməkdaşları üçün planlı daxili tədris Keyfiyyət Xidməti və Layihələrin İdarə edilməsi Mərkəzi tərəfindən aparılır.
Cari ildə şirkətin bütün əməkdaşları üçün nəzərdə tutulan daxili tədris üzrə iki yeni proqram başlanılmışdır:
1) Bilik Günləri çərçivəsində keçirilən «One Hour Expert» proqramı, təcrübənin ötürülməsi ilə bağlı 1-2 saatlıq seminarlardır.
2) «İstirahət günündə treninqlər» proqramı - mükəmməl bir günlük tədris. Treninqlər qruplar toplandıqda şənbə günləri keçirilirlər.
Treninqlərin siyahısı :
1. İşgüzar ünsiyyətdə kommunikativ effektivliyinin treninqi
2. Konfliktlərin idarə olunması
3. Vaxtın idarə olunması
4. İctimai çıxışlar məharəti
5. Təqdimatların keçirilməsi
6. Namizədlə intervünün keçirilməsi
7. Təsir və təsirə qarşı durma